İlham Əliyev, Putin və Paşinyan Çində eyni tədbirdə iştirak edəcək –Bu həftə

Avqustun 31-dən sentyabrın 1-dək Çində Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşü keçiriləcək.

AzPost bildirir ki, Tyanzin şəhərində təşkil olunacaq sammitdə 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilatın rəhbərləri iştirak edəcək.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da dəvətlə sammitdə iştirak edəcəklər.

Rusiya prezidenti Putin həftə sonu zirvə görüşündə iştirak etmək üçün Çinə 4 günlük səfər edəcək.

Bu sammit çrçivəsində Rusiya və Çin nümayəndə heyətləri arasında genişmiqyaslı danışıqlar  planlaşdırılır. TASS xəbər verir ki, VGTRK-nın jurnalisti Pavel Zarubin dövlət başçısının planları barədə məlumat verib.

ŞƏT-in illik sammiti beşinci dəfə Çində keçiriləcək.

Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Çin sədri Si Cinpin ŞƏT Dövlət Başçıları Şurasının 25-ci iclasına və “ŞƏT Plus” iclasına sədrlik edəcək, əsas çıxışlar edəcək.

Sammit çərçivəsində Sədr Si Cinpin liderlər üçün rəsmi nahar verəcək və iştirak edən liderlərlə ikitərəfli görüşlər keçirəcək.

 

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.