“İlham Əliyev Trampa dedi: “Mənə bundan artıq heç nə lazım deyil” –ABŞ Prezidentinin xüsusi elçisi

“Azərbaycan Prezidenti İlham Əliyev əsl dövlət liderliyinin nümunəsidir“.

AzPost bildirir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff bildirib.

“Prezident Əliyevin ordusu daha güclüdür. O, fürsətdən istifadə edərək özünə məxsus əraziləri (işğaldan azad edilmiş əraziləri) geri aldı”, – deyə Uitkoff Tramp administrasiyasının Bakı ilə İrəvan arasında münasibətləri normallaşdırmaq səylərini şərh edərkən bildirib.

Uitkoffun sözlərinə görə, 8 avqustda Oval Ofisdə keçirilən görüşdə Prezident Donald Tramp Prezident Əliyevdən soruşub: “Niyə dayandınız? Qələbəniz sizin idi, böyük bir ordunuz var”. Buna cavab olaraq Azərbaycan lideri cavab verib: “Mən bizdən alınanları geri almaq istəyirdim. Bundan artıq mənə heç nə lazım deyil”.

Xüsusi elçi bunun “əla qərar” olduğunu qeyd edib və Prezident Əliyevi müdrik dövlət liderliyinin nümunəsi kimi göstərib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.