Azərbaycanda növbədənkənar Prezident seçkilərində səsvermə başa çatdıqdan sonra Bakı şəhərində Prezident İlham Əliyevin qələbəsini dəstəkləyən vətəndaşlar küçələrə çıxıblar.
Azpost.info bildirir ki, dövlət bayrağı taxılmış avtomobillər şəhər küçələri ilə şütüyürlər.
Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib.
Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.
MSK bu gün ilkin nəticələri elan edəcək.