İlham Quliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

- SƏRƏNCAM
27 Aprel 2020 - 14:39

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə İlham Ərdəbil oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, İ.Quliyev Kənd təsərrüfatı nazirinin müavinidir.