İlham Əliyev: “Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir”-FOTO

“Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatı zamanı deyib.

“Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayırlar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş bir çox Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişdilər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir”, – Azərbaycan Prezidenti vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.