Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

İlham Əliyev və Mehriban Əliyeva Zəngəzur dəhlizinin tikintisi ilə tanış olublar –

User 26 May 2022 - 16:53 (Last updated: 21 May 2025 - 20:15)
pre ailə2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli rayonuna səfər ediblər.

Dövlət başçısı və birinci xanım səfər çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanış olublar.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və ümumi uzunluğu 123,6 kilometr olan bu yolun tikintisi sürətlə davam etdirilir. Başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürən bu yol birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 77 kilometrlik hissəsi altı, qalan 46,6 kilometrlik hissəsi isə dörd hərəkət zolaqlı olacaq. Yol boyunca üç avtomobil tuneli inşa edilir. Tunellərdən birində qazma işləri artıq yekunlaşıb, hazırda beton işləri icra olunur. Digər iki tuneldə isə qazma işləri davam etdirilir. Həmçinin bu yolun üzərində 15 avtomobil körpüsü, 5 yolötürücü və 54 yeraltı keçidin inşası nəzərdə tutulub. Hazırda 14 körpü, 3 yolötürücü və 38 yeraltı keçidin tikintisi aparılır.

Qeyd edək ki, hazırda yolun ilk 110 kilometrlik hissəsində torpaq işləri icra edilir. Yolun genişləndirilərək profilə salınması, birinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası və paralel olaraq asfalt örtüyünün salınması həyata keçirilir. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Post navigation

Previous: “Ruslar lüks mallardan məhrum olmayacaqlar” –
Next: Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının təməli qoyulub –

Oxşar xəbərlər

fermer01
  • Baş Yazı

Azərbaycan fermerlərini hansı təhlükə gözləyir? – İqlim dəyişikliyi nəyi dəyişəcək?

User 02 Noyabr 2026 - 17:09
ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03

xƏBƏR

DIN
  • Sosial

Azərbaycanda bir gündə 50 nəfər saxlanıldı – 122 axtarışda olan şəxs tutuldu

User 03 Noyabr 2026 - 10:03
Noyabrın 2-də Azərbaycanda polis tərəfindən 45 yeni, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması təmin edilib. Gün...
Read more about Azərbaycanda bir gündə 50 nəfər saxlanıldı – 122 axtarışda olan şəxs tutuldu
ABŞ İrandakı hücumlarını gizli saxlayır – Qeşm adasına zərbə endirildi abs zerbe iran
  • Dünya

ABŞ İrandakı hücumlarını gizli saxlayır – Qeşm adasına zərbə endirildi

User 03 Noyabr 2026 - 10:00
Bürclər üçün 3 noyabr proqnozu – Kimləri sevgi, kimləri pul gözləyir? burcler
  • Maraqlı

Bürclər üçün 3 noyabr proqnozu – Kimləri sevgi, kimləri pul gözləyir?

User 03 Noyabr 2026 - 09:56
ABŞ-da təyyarə qəzası – Milyonçu, arvadı və azyaşlı uşaqları öldü teyyare qeza
  • Dünya

ABŞ-da təyyarə qəzası – Milyonçu, arvadı və azyaşlı uşaqları öldü

User 03 Noyabr 2026 - 09:50
Rusiya-Ukrayna danışıqları 10-11 noyabrda Əbu-Dabidə keçiriləcək rus-ukr-danisiq
  • Dünya

Rusiya-Ukrayna danışıqları 10-11 noyabrda Əbu-Dabidə keçiriləcək

User 03 Noyabr 2026 - 09:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.