Azərbaycan prezidenti İlham Əliyev və Rusiyanın dövlət başçısı Putin fevralın 22-də Qarabağ üzrə sazişin reallaşması ilə bağlı müzakirələr aparacaq.
Azpost.info bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Fevralın 22-də prezident Putin və Rusiyada rəsmi səfərdə olan prezident İlham Əliyev arasında danışıqlar keçiriləcək. Siyasi, ticarət-iqtisadi və humanitar sahədə kopmleks məsələlərə dair ikitərəfli münasibətlərin gələcək inkişafı müzakirə ediləcək”-deyə açıqlamada vurğulanır.
Bundan başqa 9 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatla bağlı fikir mübadiləsi aparılacaq.
“Danışıqların yekunlarına dair Rusiya və Azərbaycanı müttəfiqlik səviyyəsinə çıxaracaq müttəfiqlik əlaqələri haqqında Deklarasiya imzalanacaq”-deyə Kremlin rəsmi məlumatında vurğulanır.