İlin ilk Günəş tutulması başa çatıb –YENİLƏNİB

İlin ilk Günəş tutulması hadisəsi başa çatıb.

APA-nın məlumatına görə, tutulma saat 12:12:15-də başlayıb və 4 saat 59 dəqiqə davam edib. Günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunub.

Təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayıb.

Qeyd edək ki, 2-ci Günəş tutulması 2021-ci ilin 4 dekabrında baş verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koçaryan Paşinyanı duelə çağırıb: Ermənistanda söz savaşı küçələrə keçə bilər –

Sonrakı məqalə

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub