“İlin müəllimi” həbs olunub- Şagirdlərə qarşı...

Dövlət
dövlət
“İlin müəllimi” həbs olunub. ABŞ-da 35 yaşlı müəllim iki oğlana qarşı əxlaqsız hərəkətlər etdiyini etiraf edib. AzPost Fox News-a istinadla xəbər verir ki, Kaliforniyada (ABŞ) r müəllim 12 və 11 yaşlı uşağa cinsi istismarda  ittiham edilir.

Qeyd olunur ki, ötən il zərərçəkmişlərdən birinin atası hüquq-mühafizə orqanlarına müraciət edib. O, polisə bildirib ki, müəllim oğlunu cinsi istismar edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 35 yaşlı Jaklin Ma-nı həbs ediblər. Bir il əvvəl isə qadın müəllim San Dieqo dairəsində “İlin müəllimi” seçilibmiş

“O, iki tələbə ilə qeyri-qanuni münasibətdə ittiham olunub. O, onlara hədiyyələr verib və onlarla intim fotolar, eləcə də intim xarakterli mesajlar mübadiləsi aparıb”, – deyə nəşr qeyd edir.

Zərərçəkənlərdən birinin dediyinə görə, müəllim ona “nalayiq şəkildə toxunub”. İkinci şagird isə qadının koftasını çıxararaq ona büstqalterini göstərdiyini bildirib. Müəllim əvvəlcə hər şeyi təkzib etsə də, sonradan istintaqa etiraf edib. Onu uzunmüddətli həbs cəzası gözləyir.

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.