Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

İlk dəfə olaraq işığın insan başı boyunca keçdiyi təsdiqlənib –

User 16 İyun 2025 - 09:06 (Last updated: 16 İyun 2025 - 09:06)
beyin isiq

Qlazqo Universitetinin tədqiqatçıları beynin dərin bölgələrinin qeyri-invaziv şəkildə görüntülənməsi istiqamətində əhəmiyyətli bir addım atıblar.

“Neyrofotonika” jurnalında dərc olunan yeni araşdırmada alimlər ilk dəfə olaraq işığın bütün insan başı boyunca keçməsinin mümkün olduğunu eksperimental və simulyasiya əsaslı sübutlarla təsdiqləyiblər.

“MedicalXpress” portalı xəbər verir ki, onilliklər ərzində beyin fəaliyyətinin öyrənilməsində istifadə olunan funksional yaxın infraqırmızı spektroskopiya (fNIRS) texnologiyası, əsasən beynin səthi təbəqələrini vizuallaşdırmağa imkan verirdi. Bu metod işığın beyin toxuması və qan tərəfindən necə udulduğunu ölçərək neyron aktivliyi haqqında məlumat toplayır. Lakin texnologiyanın əsas məhdudiyyəti dərin beyin strukturlarına çatmamaq qabiliyyəti onun geniş diaqnostik potensialını əngəlləyirdi.

Yeni tədqiqat çərçivəsində Qlazqo komandası ilk dəfə olaraq birbaşa eksperimentdə işığın insan başının bir tərəfindən daxil olub digər tərəfindən çıxmasını qeydə alıb. Təcrübədə güclü impulslu lazerlər və yüksək həssaslığa malik detektorlar istifadə olunub. Lazer şüası könüllünün başının bir tərəfinə yönəldilib, qarşı tərəfdə isə fotonların tutulması üçün xüsusi detektor yerləşdirilib. Quraşdırma digər işıq mənbələrini maksimum dərəcədə xaric edərək yalnız beyin və kəllə vasitəsilə keçmiş fotonları qeydə almağa imkan verib.

Təcrübəyə paralel olaraq həyata keçirilən ətraflı kompüter simulyasiyaları da nəticələri təsdiqləyib. Simulyasiyalar göstərib ki, fotonlar baş daxilində müəyyən optik yollarla, xüsusilə onurğa-beyin mayesi kimi az səpələnmə xüsusiyyətinə malik bölgələrdən keçərək hərəkət edirlər. Bu müşahidələr işığın sadəcə yayılmadığını, həm də spesifik trayektoriyalarla hərəkət etdiyini ortaya qoyub.

Tədqiqatın nəticələri göstərir ki, gələcəkdə mövcud optik texnologiyaların təkmilləşdirilməsi ilə beyin toxumasının daha dərin qatlarına qədər vizual məlumat əldə etmək mümkün ola bilər. Bu isə dərin beyin funksiyalarının qeyri-invaziv monitorinqi və diaqnostikasında, xüsusilə maqnit-rezonans tomoqrafiyası (MRT) və kompüter tomoqrafiyası (KT) kimi avadanlıqların əlçatan olmadığı şəraitdə mühüm rol oynaya bilər. Hazırda bu yanaşma geniş klinik tətbiq üçün praktiki olmasa da məlumatların toplanması təxminən 30 dəqiqə tələb edir və yalnız açıq dərili, tüksüz könüllülərdə tətbiq oluna bilib.

AzPost.az

Post navigation

Previous: 10 yaşlı azərbaycanlı Sona Almaniyada şahmat üzrə çempion olub
Next: Zelenski və Tramp Kanadada görüşəcək

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.