“İlkin şərt olmadan sülh sazişinin layihəsi üzərində işə başlamalıyıq” –İLHAM ƏLİYEV

“Azərbaycan Ermənistana sülh müqaviləsinin 5 əsas prinsipini təqdim edib. İndi biz ilkin şərtlər olmadan və süni ləngimə yaradılmadan sülh sazişinin layihəsi üzərində  işə başlamalıyıq”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı Ermənistanın son hərbi təxribatını pisləyib və buna qəti cavab verildiyini bəyan edib: “Amma təəssüf ki, sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdi. Azərbaycan ordusu bunun qarşısını qətiyyətlə aldı. Bu təxribat iki ölkə arasında münasibətlərin normallaşmasına böyük zərbə vurdu. Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”-deyə prezident İlham Əliyev vurğulayıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.