Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“İllərdir gözlədiyimiz ən dürüst islahat nəhayət gündəmə gəldi” –

User 13 Noyabr 2025 - 14:34 (Last updated: 13 Noyabr 2025 - 14:34)
kamran
“Təhsil sistemimizdə illərdir gözlədiyimiz ən əsaslı və ən dürüst islahat nəhayət ki, gündəmə gəldi. Elm və Təhsil naziri Emin Əmrullayevin təqdim etdiyi daimi və rəqabətli müəllim modeli təkcə yeni qayda deyil – bu, müəllimlik peşəsinin nüfuzunun bərpa olunması deməkdir”.
AzPost bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov nazirin Milli Məclisdə çıxışını şərh edərkən qeyd edib.
Ekspert bildirib ki, ilk dəfədir ki, təhsilin rəhbəri problemi sadəcə görmür, onu kökündən dəyişmək üçün real mexanizm təqdim edir. İlk dəfədir ki, müəllimin əməyinə verilən dəyər sözlə yox, struktur islahatla ifadə olunur.
“Yeni model müəllimi “saat yığan” yox, məktəbin daimi, peşəkar işçisi kimi görür. Dərs yükü 18–24 saat olacaq, qalan vaxt isə metodiki hazırlıq, fərdi iş, layihələr və inkişaf fəaliyyətinə sərf ediləcək. Bu, dünyanın ən qabaqcıl təhsil sistemlərinin – Finlandiyanın, Estoniyanın, Sinqapurun – tətbiq etdiyi yanaşmadır.
Ən əsas yenilik odur ki, model könüllüdür, ədalətlidir və rəqabətə əsaslanır. Yalnız yüksək nəticə göstərən, sertifikasiyada yüksək bal toplamış müəllimlər bu sistemə daxil ola biləcəklər. Bu isə təhsildə keyfiyyət mədəniyyəti yaradır – bilik və zəhmət ödülləndirilir”-deyə ekspert vurğulayıb.
K.Əsədov deyib ki, bu gün müəllimlərin maaşının aşağı olmasının əsas səbəbi məhz dərs yükünün azlığıdır. Hər dörd müəllimdən biri cəmi 13 saat dərs deyirsə, bu peşəkar və sosial rifah yarada bilməz. Yeni model bu problemi həll edir və müəllimlik peşəsini həm maddi, həm də mənəvi baxımdan həqiqətən cəlbedici edir.
Bir sözlə, uzun illərdir hamının danışdığı, amma heç kimin cəsarət etmədiyi islahat – müəllimin dəyərinin bərpası – nəhayət ki, həyata keçirilməyə başlayır. Bu islahat təkcə müəllimin rifahı deyil, təhsilin gələcəyidir.

AzPost.az

Post navigation

Previous: Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi ictimaiyyətə təqdim edilib
Next: Ağdərənin Vəngli kəndinə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub

Oxşar xəbərlər

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.