İlon Mak və Makr Zukerberq əlbəyaxa döyüşə çıxmağa razılaşıb –"Oktaqonda gözləyirəm"

Dünyanın ən məşhur texnologiya milyarderlərindən ikisi- İlon Mask və Mark Zukerberq əlbəyaxa döyüşməyə razılaşıblar.

Azpost.info bildirir ki, bu barədə BBC məlumat yayıb. Hər iki milyarder qarışıq döyüş növü üzrə üz-üzə gələcəklər.

Musk Tvitter hesabında Zukerberqlə “qəfəsdə döyüşməyə hazır olduğunu” yazıb.

Meta-nın rəhbəri Zukerberq Maskın tvitinin skrinşotunu “harada görüşəcəyimizi mənə bildirin” şərhi ilə yerləşdirib.

Meta-nın sözçüsü BBC-yə deyib ki, “bunun izaha ehtiyacı yoxdur”.

Musk Zukerberqin sualına belə cavab verib: “Veqasda səkkizbucaqlı Oktaqonda” .

Səkkizbucaq, Oktaqon “Ultimate Fighting Championship” təşkilatı (“Mütləq Döyüş Çempionatı”) tərəfindən təşkil edilən döyüşlərin keçirildiyi xüsusi hasarlanmış arenanın adıdır.

O, Nevada ştatının Las-Veqas şəhərində yerləşir.

Bu ayın sonunda 52 yaşı tamam olan Elon Mask da Twitter-də yazıb: “Mənim morj adlandırdığım və ehtiyatda saxladığım böyük bir hərəkətim var: Mən sadəcə rəqibimin üstündə uzanıb heç nə etmirəm”.

O, həmçinin yazıb: “Uşaqlarımı arabir götürüb havaya çıxarmaqdan başqa heç vaxt məşq etmirəm.”

39 yaşlı Zukerberq uzun müddət qarışıq döyüş ustasıdır. O, ciu-citsu turnirlərinin qalibi olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.