İlon Mask: ABŞ-da yeni siyasi partiyaya ehtiyac var

Mask
Mask

Amerikalı sahibkar İlon Mask ölkədə yeni siyasi partiyanın yaradılmasının zəruri olduğunu bildirib. AzPost xəbər verir ki, Mask bu barədə “X” hesabında yazıb.

Sahibkar iddiasını keçirdiyi sorğuyla əsaslandırıb.

Onun sözlərinə görə, sorğuda iştirak edənlərin 80,4%-i yeni partiyanın yaradılmasını dəstəkləyib.

Bir sutka ərzində sorğuda 5,6 milyondan çox istifadəçi iştirak edib.

“İnsanlar fikirlərini bildirdilər. Amerikada yeni bir siyasi partiyaya ehtiyac var.” – deyə Mask paylaşımında qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.