Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İlon Mask Aya raket göndərmək üçün kosmodrom tikir

User 02 Dekabr 2025 - 14:44 (Last updated: 02 Dekabr 2025 - 14:41)
mask raket

“SpaceX” kompaniyası Kanaveral burnunda (Florida ştatı) yerləşən ABŞ Kosmik Qüvvələrinin bazasında özünün “Starship” super ağır Ay raketləri üçün buraxılış kompleksinin tikintisinə başladığını elan edib.

Kompleksə Amerikanın “Artemis” Ay proqramının bir hissəsi kimi və milli təhlükəsizlik məqsədləri üçün raket buraxılışı üçün nəzərdə tutulmuş üç buraxılış meydançası daxil ediləcək. Son vaxtlaradək “SpaceX” Aya insanlı missiyalar üçün hazırlanmış kosmik gəmisinin sınaq buraxılışları üçün Texasın cənub-şərqindəki “Starbase” start meydançasından istifadə edirdi.

Təkrar istifadə edilə bilən raket sistemi “Starship” kosmik gəmisindən və “Super Heavy” daşıyıcı raketindən ibarətdir. Hündürlüyü 120 metrdən çox olan bu raket NASA-nın Aya pilotlu missiyalar üçün hazırladığı ağır “Space Launch System” raketindən iki dəfə güclüdür.

“Super Heavy” raketi indiyədək 5-i uğursuz olmaqla, 11 dəfə orbital sınaq uçuşlarına buraxılıb. Ən son uğurlu uçuş oktyabrda baş tutub. Növbəti uçuş isə gələn ilin birinci rübünə planlaşdırılıb.

“SpaceX” kompaniyasının qurucusu İlon Mask “Starship” sistemini pilotlu uçuşlar üçün 2026-cı ilədək sertifikatlaşdırmaq istəyir.

AzPost.az

Post navigation

Previous: Azərbaycanlılar Türkiyəyə iş üçün müraciət edə biləcək –
Next: Azərbaycan Prezidentinin Protokol Xidməti yaradılıb

Oxşar xəbərlər

tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
putin uitkoff
  • Dünya

Rusiya Ukrayna ilə bağlı danışıqların detallarını açmaqdan imtina edib

User 26 Oktyabr 2026 - 15:34
qara deniz
  • Dünya

Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü

User 26 Oktyabr 2026 - 14:18

xƏBƏR

hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
“Figaro” və “Le Monde” qəzetləri, demək olar ki, hər gün Azərbaycan əleyhinə materiallar dərc edirlər“. Oxu.Az xəbər...
Read more about “Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.