İlon Maskın Neuarlink şirkəti iflicdən əziyyət çəkən daha bir insanın beyninə çip yerləşdirib.
Azpost.info bildirir ki, bu barədə İlon Mask bu barədə YouTube bloqeri Lex Fridman ilə podkastda məlumat verib.
“Göz dəyməsin, amma bu implantla hər şey çox yaxşı getdi. Çoxlu siqnal qəbul edir və çoxlu elektrodlara malikdir. Mükəmməl işləyir” -deyən Mask bildirib ki, xəstənin beynində 400 elektrod işləyir.
Mask həmçinin qeyd edib ki, şirkət ilin sonuna qədər Neuralink implantları olan xəstələrin sayını 10-a çatdırmağı planlaşdırır.
Daha əvvəl beyninə Neuralink çipi yerləşdirilmiş ilk şəxs Nolan Arbo deyib ki, onun beynindən bəzi elektrodlar qoparsa da (onların təxminən 15%-i hazırda işləyir), cihazın effektivliyi artmaqda davam edir. Arbo ümid etdiyini bildirib ki, təcrübənin növbəti iştirakçısı elektrodların 90-100%-ni aktivləşdirə biləcək. Bu, hazırda onun üçün mövcud olmayan yeni imkanlar açacaq.
Nolan Arbo onurğa zədəsi səbəbindən tamamilə iflic olub. Çip onun beyninə implantasiya edilib və beyin siqnallarını oxuyan mikrotellərə qoşulub. Onlar naqilsiz olaraq kompüter proqramına ötürülür və xəstəyə cihazı zehni olaraq idarə etməyə imkan verir.
Nolan Arbo artıq kompüterdə, eləcə də digər kompüter oyunları ilə şahmat oynayır və Neuralink implantı sayəsində sağlam insanlara qalib gəlir.