İlon Mask Marsa robot kosmonavtlar göndərir –Vaxtı açıqladı

İlon Maskın “SpaceX” korporasiyası Marsa “Optimus” adlı insanabənzər robotlar göndərməyi planlaşdırır.

İlon Mask bunu “SpaceX” korporasiyasının təqdimat mərasimində deyib.

Milyarder, həmçinin Marsa ilk “Starship” raketlərinin göndəriləcəyi vaxt çərçivəsini açıqlayıb. Korporasiya 2026-cı ildə “Tesla Optimus” robotlarının Marsda kəşfiyyat işlərinə cəlb olunacağı ilk missiya çərçivəsində qırmızı planetdə beş eniş modulunu işə salmaq niyyətindədir.

Maskın sözlərinə görə, hər kosmik gəmidə ekipajı təqlid edəcək bir neçə robot olacaq. 2026-cı ildə ilk “Starship” gəmilərinin fəzaya buraxılması Yerlə Mars arasında məsafənin maksimum azalacağı dövrə təsadüf edəcək. Uçuşun yeddi-doqquz ay davam edəcəyi gözlənilir.

Amerikalı sahibkar Marsda koloniya qurmaq üçün iki ildən bir qırmızı planetə iki minədək kosmik gəmi göndərməyi hədəfləyir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.