İlon Mask növbəti dəfə planetin ən varlı adamı oldu – Sərvəti AÇIQLANDI

“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask növbəti dəfə planetin ən zəngin insanlarının reytinqinə başçılıq edir.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

İlon Maskın sərvəti “Tesla” səhmlərinin bahalaşması fonunda 187,1 milyard dollara yüksəlib. Belə ki, Maskın şəxsi sərvəti siyahıda son iki ayda fərqlənən “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun rəhbəri Bernard Arnonun sərvətini üstələyib. “Bloomberg” Arnonun sərvətini 185,3 milyard dollar qiymətləndirir.

“Forbes”ə görə isə siyahıda birinci yerdə Bernard Arno (206,3 milyard dollar), ikinci yerdə İlon Mask (197,7 milyard dollar) qərarlaşıb. Mask dekabr ayında reytinqlərdə liderliyi Bernard Arnoya vermişdi.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.