“Tesla” şirkətinin rəhbəri İlon Maska “Tvitter” əvəzinə bir ölkənin xarici borcunu almaq tövsiyə edilib.
Azpost.info xəbər verir ki, bu təklifi Hindistanın elektron ticarət şirkəti “Snapdeal”ın rəhbəri Kunal Bahl irəli sürüb. “Elon Mask “Tvitter”lə bağlı 43 milyard təklif edir. Şri-Lankanın xarici borcu 45 milyard dollardır. Onu alıb özünü Seylon Musk adlandıra bilər”, – iş adamı deyib.
Qeyd edək ki, Mask “Tvitter”in bütün səhmlərini almaq istəyir.
Amerikalı iş adamı hər səhmə görə 54,20 dollar təklif edir. Hazırda o, 9,2 faiz payla (73,5 milyon səhm) “Tvitter”in ən böyük səhmdarlarındandır.
Azpost.info