İlon Mask Trampın prezident postundan qovulmasını istəyir

İlon Mask ABŞ prezidenti Donald Trampa impiçment tətbiq edilməsini istəyir.
AzPost bildirir ki, mMilyarder “X” sosial şəbəkəsində Trampın iqtidardan uzaqlaşdırılması və hakimiyyətin vitse-prezident Cey Di Vensə verilməsi ilə bağlı sualı olan paylaşımı repost edib.
“Bəli”, – deyə Mask paylaşıma fikrini bildirib.
Paylaşım isə belədir: “Prezident Elona qarşı. Kim qalib gələcək? Mərc kgəlirəm ki, Elon…Tramp impiçment olunmalı və onun yerinə J.D. Vens gətirilməlidir”.
O həmçinin Amerika iqtisadiyyatının “Trampın idxala tətbiq etdiyi rüsumlar səbəbindən ilin ikinci yarısında resessiyaya” uğrayacağını proqnozlaşdırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.