İlon Mask Tviterin rəhbəri vəzifəsindən gedir –"Bu işi görəcək axmağın birini tapan kimi..."

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask tviterin rəhbəri vəzifəsini tərk edəcək.

Bu barədə o, özünün sosial şəbəkə hesabında yazıb.

İ.Mask qeyd edib: “Bu işi götürəcək qədər axmaq birini tapan kimi tviterin baş direktoru vəzifəsini tərk edəcəyəm”.

O, hazırkı vəzifəsini tərk etdikdən sonra şirkətin proqram təminatı və serverlərə texniki xidmət departamentlərinə rəhbərlik edəcəyini əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.