İlon Mask “Tvitter”in bütün səhmlərini almaq istəyir –41 milyard dollar təklif edir

Məşhur amerikalı iş adamı İlon Mask “Tvitter”in bütün səhmlərini almaq istəyir.

Azpost.info xəbər verir ki, Mask 41,39 milyard dollar və ya hər səhmə görə 54,20 dollar təklif edir.

İş adamı bildirib ki, o, əvvəllər “Tvitter”də pay alıb, çünki onun dünyada söz azadlığı prinsiplərinə hörmət edəcək platformaya çevrilə biləcəyinə inanıb: “Lakin şirkətə sərmayə qoyaraq anladım ki, o, indiki formada nə çiçəklənəcək, nə də bu sosial ehtiyaca xidmət edəcək. “Tvitter”i özəl şirkətə çevirmək lazımdır. Bu səbəbdən mən “Tvitter”in 100 faizini satın almağı təklif edirəm”.

Onun sözlərinə görə, söz azadlığı demokratiyanın işləməsi üçün sosial zərurətdir. Maskın “Tvitter”i almaq təklifindən sonra şirkətin səhmləri Nyu-York Fond Birjasında keçirilən ilkin hərraclarda 18 faiz bahalaşaraq hər səhm üçün 53,88 dollar təşkil edib.

Aprelin əvvəlində Mask 9,2 faiz payla “Tvitter”in ən böyük səhmdarlarından birinə çevrilib. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının məlumatına görə, iş adamı şirkətin 73,5 milyon səhminə sahibdir. “Bloomberg”in hesablamalarına görə, belə bir paketin dəyəri təqribən 2,89 milyard dollardır.

Azpost.info

Əvvəlki məqalə

“Xarici banklar Rusiyanın ödənişlərini gecikdirir” –

Sonrakı məqalə

Prezident İlham Əliyev Pakistanın yeni Baş nazirini təbrik edib