İlon Mask Zukerberqlə qəfəsdə döyüşmək istəyir

Amerikalı iş adamı İlon Mask Meta şirkətinin baş direktoru Mark Zukerberqlə qəfəsdə döyüşmək istəyir.

Azpost.info bildirir ki, Mask bu barədə ABŞ-ın texnologiya şirkətlərinin rəhbərlərinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə görüşündən sonra jurnalistlərlə söhbəti zamanı bildirib.

O, media nümayəndələrinin müvafiq sualına cavabında “Əgər o istəsə” cavabını verib.

Xatırladaq ki, Mask X sosial şəbəkəsinə rəqib olacaq Threads tətbiqini işə salmağı planlaşdırdığını elan etdikdən sonra Zukerberqi rinqə çağırmışdı. Döyüş əvvəlcə avqustun 26-na təyin edilmişdi. Lakin X-nin sahibi “mümkün kiçik əməliyyata” görə döyüşün vaxtının dəyişdiyini bildirib.

Zukerberq Maskı təklif etdiyi döyüşdən yayınmaqda günahlandırıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.