İlon Mask Zukerberqlə əlbəyaxa döyüşündən yazdı –"Qalib gələcəyəm"

Amerikalı iş adamı və milyarder İlon Mask  “Meta” korporasiyasının rəhbəri Mark Zukerberqlə gözlənilən döyüş barədə yazıb.

Azpost.info bildirir ki, Mask hansı halda məğlub olacağını qeyd edib.

“Əgər döyüş qısa çəksə yəqin ki, qalib gələcəm. Uzun müddət davam etsə, o, dözümlülüklə qalib gələ bilər”, – Mask tviterdə yazıb.

O etiraf edib ki, Zukerberqdən xeyli böyükdür və qarışıq döyüş sənətlərində (MMA) çəki bölgülərinin olmasının səbəblərindən biri də budur. “Mənim ən azı 300 funt (136 kiloqram – red.) çəkim var”, – Mask əlavə edib.

O, Zukerberqlə döyüşün Twitter vasitəsi ilə sosial şəbəkədə canlı yayımlanacağını və bütün gəlirin veteranlar üçün xeyriyyə fonduna gedəcəyini bildirib.

Mask bundan əvvəl Mark Zukerberqlə oktaqonda döyüşməyə hazır olduğunu yazmışdı. Daha sonra Zukerberq Teslanın rəhbərini döyüş üçün yeri müəyəyn etməyə çağırıb.

Milyarderlər döyüşü İtaliya Kolizeyində keçirmək variantını nəzərdən keçirdilər.

UFC prezidenti Den Uayt deyib ki, o, Mask və Zukerberqlə döyüşlərini təşkil etmək üçün danışıqlar aparıb. Uaytın sözlərinə görə, hər iki sahibkar mübarizəyə ciddi yanaşır. Onun sözlərinə görə, döyüş Las-Veqasda keçirilə bilər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.