İlon Maskın “Ümid qığılcımı” istefaya səbəb oldu

Almaniyanın “Die Welt” qəzetinin “Fikirlər” bölməsinin rəhbəri Eva Marie Kogel amerikalı sahibkar və milyarder İlon Maskın qəzetdə dərc olunan “Ümid qığılcımı” məqaləsindən sonra istefa verib. AzPost xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, məqalədə Mask Almaniyanın kritik vəziyyətdə, iqtisadiyyatın və mədəniyyətin gələcəyinin sual altında olduğunu bildirib. “Almaniya üçün Alternativ” (AfD) partiyası, Muskın fikrincə, Almaniya üçün “son ümid qığılcımı”dır.

Mask Almaniyanın və bütövlükdə Avropanın yox olmaq təhlükəsi ilə üz-üzə olduğu fikrini də ifadə edib . O hesab edir ki, Avropa ölkələrində aşağı doğum səviyyəsi buna səbəb ola bilər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.