REAL partiyasnın sabiq sədri İlqar Məmmədov əməliyyat olunub.
AzPost bildirir ki, bu barədə o özü məlumat verib.
İ.Məmmədovun sözlərinə görə, gözünün torlu qişası qopub: “Dünən bir gözümdən əməliyyat olundum. Torlu qişanın qopması səbəbilə bağlıdır. Bugün artıq evdəyəm. Amma bir müddət ekrana tək gözlə çox da baxa bilməyəcəm. Həm də müalicə-bərpanı davam etdirirəm”.
İ.Məmmədov bildirib ki, yaxın həftələrdə sosial şəbəkədə olmayacaq: “Görmənin təxminən 3 həftəyə qayıdacağını deyirlər. Sağlamlığınızı qoruyun. Hamınıza uğurlar arzulayıram”-deyə o vurğulayıb.