Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“İmarət”çi Məhəmmədəlinin döyüş yolu

User 13 Oktyabr 2025 - 08:20 (Last updated: 13 Oktyabr 2025 - 12:56)
a01

Asəf Quliyevin yeni filminin təqdimatı olub

 Oktyabrın 11-də “Nizami” Kino Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “İnformasiya məkanında müharibə iştirakçılarının tanıdılması” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi, “Qarabağ” futbol klubunun “İmarət” Azad Azarkeş Qrupunun üzvü Məhəmmədəli İbrahimliyə həsr olunmuş “Məhəmmədəli” sənədli filminin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində “Qarabağ” futbol klubunun rəhbərliyi – komandanın baş məşqçisi Qurban Qurbanov, klubun direktoru Əmrah Çəlikəl, şəhid Məhəmmədəli İbrahimlinin valideynləri, orta məktəb və universitet müəllimləri, Ağdam ictimaiyyətinin nümayəndələri, tanınmış media və QHT təmsilçiləri, “İmarət” Azad Azarkeş Qrupunun üzvləri iştirak ediblər.

Təqdimat mərasimini açan jurnalist Qabil Abbasoğlu filmin yaradıcı qrupunun görülən işə texniki yox, mənəvi məsuliyyətlə yanaşmasından və 30 illik ağrı-acıdan sonra Zəfərlə başa çatan Vətən müharibəsinin şanlı səhəfələrindən birini əks etdirən mükəmməl bir işin ərsəyə gəlməsindən danışıb. Qabil Abbasoğlu belə bir filmin ərsəyə gəlməsi üçün dəstək verdiyinə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.

Vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra filmin nümayişi olub.

Filmin nümayişindən sonra yaradıcı qrupun üzvü, Əməkdar artist İlqar Cahangir görülən işin şəhidlərin xidmətləri qarşısında kiçik bir zərrə olduğunu vurğulayıb.

Şəhid Məhəmmədəli İbrahimlinin valideynləri, müəllimləri görülən işə görə təşəkkür edib və bütün şəhidlərin xatirəsinin əziz tutulmasının yetişən gənc nəslin mənəvi aləminin formalaşmasında mühüm rol oynadığını bildiriblər.

Ağdamlı ziyalı, sabiq millət vəkili Çimnaz Əliyeva şəhidlərin hər biri haqqında belə filmlərin hazırlanmasının vacib olduğunu söyləyib. O, bundan sonra azad olunmuş yurd yerlərində yaşamaq, qurub-yaratmaq arzusunu ifadə edib.

Daha sonra söz “Qarabağ” klubunun direktoru Əmrah Çəlikələ verilib. Əmrah Çəlikəl qazanılmış zəfərdən sonra “Qarabağı”ın qalib xalqın komandası olmasını deyib.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Qarabağda böyük Zəfərdən sonra komandanın daha inamlı olduğunu və komandanın son qələbələrinin də kökündə bu amilin dayandığını vurğulayıb.

“İmarət” Azad Azarkeş Qrupunun qurucularından biri olan Rövşən Abbas Məhəmmədəli İbrahimlinin heç vaxt yaddan çıxmaz bir dost, məsləkdaş olduğunu və onun haqında belə bir filmin ərsəyə gəldiyinə görə yaradıcı qrupa minnətdarlığını bildirib.

Sonda filmin müəllifi Asəf Quliyev dəvəti qəbul edib gəldiyinə görə tədbir iştirakçılarına  təşəkkür edib, yaradıcı qrupun hər bir üzvünün bu işə can yanğısı ilə yanaşdığını xüsusi vurğulayıb.

Xatırladaq ki, sənədli filmi respublikanın Əməkdar artisti İlqar Cahangir səsləndirib. Filmin operatorları Azər Nağıyev və Fəxri Məmmədov, montajçısı Azad Nurulu, redaktoru Kəmalə Quliyevadır.

Film Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeydə alınıb və yayım hüququ alıb.

AzPost.az

Post navigation

Previous: “Müharibə uşaqların gözü ilə” layihəsinin bağlanış mərasimi olub
Next: Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Oxşar xəbərlər

ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
bas aqrisi1
  • Sosial

Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi

User 27 Oktyabr 2026 - 20:38
prezident administrasiya qebul
  • Sosial

PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

User 27 Oktyabr 2026 - 18:17

xƏBƏR

bebir
  • Maraqlı

Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü

User 27 Oktyabr 2026 - 23:13
Niderlandda safari parkının bəbirin hücumuna məruz qalan əməkdaşı vəfat edib. Associated Press agentliyinin məlumatına görə, hadisə şənbə...
Read more about Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü
Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib? putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.