Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

“Müharibə uşaqların gözü ilə” layihəsinin bağlanış mərasimi olub

User 13 Oktyabr 2025 - 08:02 (Last updated: 13 Oktyabr 2025 - 12:05)
mu01

Azərbaycan Uşaq Hüquqları Müdafiəsi Liqası İctimai Birliyi tərəfindən, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Müharibə uşaqların gözü ilə” layihəsi uğurla başa çatdı.

Layihənin əsas məqsədi 1993-cü ildə İctimai Birlik tərəfindən Təhsil Nazirliyi ilə birgə təşkil olunmuş 20 Yanvar faciəsinə həsr edilmiş inşa müsabiqəsinin materiallarını gələcək nəsillərə çatdırmaq, həmçinin zəfər qazanmış xalqımızın mübarizəsini, ordumuzun qəhrəmanlığını və xalqımızın birliyini yeni baxış bucağında təqdim etmək idi.

Layihə çərçivəsində toplanmış materiallar əsasında “20 Yanvar uşaqların gözü ilə” adlı kitab nəşr olunmuşdur. Kitabda 20 Yanvar gecəsinin qanlı yaddaşı, milli azadlıq uğrunda şəhid olmuş qəhrəmanlarımızın hekayələri, valideynlərini itirmiş uşaqların fəryadı və hadisələrin canlı şahidi olmuş məktəblilərin xatirələri öz əksini tapıb.

Layihənin bağlanış mərasimi və kitab təqdimatı “New Baku” hotelində baş tutmuşdur. Tədbirdə müxtəlif təşkilatların nümayəndələri, müəllimlər, ictimai xadimlər, tələbələr və media nümayəndələri iştirak etmişdir. Tədbirin aparıcısı Avropa Azərbaycan Məktəbinin müəllimi Abdullayeva İlhamə, çıxış edənlər- UHML-nin sədri Yusif Bəkirov, Heydər Əliyev adına liseyin müəlliməsi Xələfli Hökumə və 62 saylı məktəb liseyin şagirdi Həsənli Aylin Şahin qızı. Çıxış edənlər kitabdan inşalar oxumuş və bu cür layihələrin gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsində, tarixi yaddaşın qorunub saxlanılmasında mühüm rol oynadığını vurğulamışlar. Tədbirin sonunda Suraxanı rayonu 285 nömrəli məktəbin ibtidai sinif müəllimi Qiyasi Yeganə xanım öz bəsətələdiyi “Körpələr ağlamasın” mahnısını oxudu və UHML-nin sədri Yusif Bəkirov kitabları imzaladı

Azərbaycan Uşaq Hüquqları Müdafiəsi Liqası İctimai Birliyi layihəyə dəstək göstərdiyinə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirir.

AzPost.az

Post navigation

Previous: Bərdədə əlillərin sosial müdafiəsi ilə bağlı tədbir keçirilib
Next: “İmarət”çi Məhəmmədəlinin döyüş yolu

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

bebir
  • Maraqlı

Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü

User 27 Oktyabr 2026 - 23:13
Niderlandda safari parkının bəbirin hücumuna məruz qalan əməkdaşı vəfat edib. Associated Press agentliyinin məlumatına görə, hadisə şənbə...
Read more about Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü
Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib? putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.