Baş Prokurorluq 11 yaşlı yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı sorğuya cavab verib.
Baş Prokurlorluğun mətbuat xidmətindən bildirilib ki, Rayon Mərkəzi xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.
İmişli şəhər sakini 2010-cu il təvəllüdlü (11 yaşlı) məktəblinin nənəsi İmişli rayon Xəstəxanasına müraciət edib.
Xəstəxananın ginekoloji şöbəsində 11 yaşlı qıza 31 həftəlik hamiləlik diaqnozu qoyulub. Bu barədə xəstəxana İmişli rayon prokurorluğuna müraciət edib. İmişli rayon prokurorluğu araşdırmaya başlayıb. Bu gün Respublika Klinik xəstəxanasında azyaşlı qız qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi başlanılıb.