İmişlidə SSRİ bayrağını kim qaldırıb? –-Araşdırma başlanıb /AÇIQLAMA

imişli
imişli

İmişli rayonunda 9 May faşizm üzərində qələbə günü münasibəti ilə keçirilən tədbirdə maraqlı hadisə qeydə alınıb.

Tədbirin keçirildiyi xiyabanda Azərbaycan dövlət bayrağı ilə yanaşı, keçmiş SSRİ bayrağı da dalğalanıb. Üstəlik, “Den Pobedı” (“Qələbə Günü”) sovet mahnısı da səsləndirilib.

Həmin görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bu faktı qınayanlar çoxluq təşkil edir.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan İmişli rayon icra başçısının birinci müavini Mirzə Quliyev bildirib ki, hazırda bayraq qalmaqalı ilə bağlı araşdırma aparılır: “Bu hadisədən xəbərimiz var. Həmin bayrağı xiyabanda rayon ağsaqqallar şurasının sədri sancıb. Hazırda bu barədə araşdırma aparılır. Lazımi tədbirlər görüləcək”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.