İmişlidə 3.4 bal gücündə zəlzələ olub

Zəlzələ
zəlzələ

İmişlidə 3.4 maqnitudalı zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Saatlı stansiyasından 11km şimalda, İmişlidə seysmoloji hadisə qeydə alınıb.

Yerli vaxtla 14:42-də, 53 km dərinlikdə baş verən təbii hadisə hiss olunmayıb.

Əlavə olaraq oxu:

Myanmanın mərkəzində 7,7 bal gücündə güclü zəlzələ olub.

“CNN” istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Hadisə Myanmanın Saqainq şəhərindən 16 kilometr şimal-qərbdə, yerli vaxtla saat 12:50 radələrində baş verib.

AFP-nin xəbərinə görə, təbii fəlakət anında Banqkokda tikintisi davam edən hündürmərtəbəli binada işləyən 43 işçi dağıntılar altında qalıb. Bütünlükdə tələfatla bağlı hələlik məlumat verilməyib. Dağıntılar altında qalanların axtarışları davam etdirilir.

Tailandın Baş naziri təbii fəlakətlə bağlı şəhərdə fövqəladə vəziyyət elan edib.

“News18”in xəbərinə görə, Myanmarda baş verən güclü zəlzələ nəticəsində Mandaliya ərazisindəki məscid də uçub. Məlumata görə dağıntılar arasından 20 nəfərin meyiti çıxarılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.