İmişlinin məktəb direktoru yataqda “Bəxt üzüyü” filmini parodiya etdi –"Tik-tok"da paylaşdı /VİDEO

Bu görüntülər sosial şəbəkələrdə yayılıb. Lent.az bildirir ki, videosu yayılan şəxs İmişli rayon Məzrəli kənd orta məktəbinin direktoru Əlidursun İsayevdir.

O, “TikTok”erlərdən birinin məşhur “Bəxt üzüyü” filmindəki dialoqun  parodiyasına qeyri-adi reaksiyalar verib.

Ə. İsayev yorğan-döşək yığılan çarpayının üzərinə çıxaraq, qəribə hərəkətlər edib. Bu da izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Şərur rayonundakı məktəblərin birinin direktorunun da “TikTok”das videosu yayılmışdı.

Görüntüləri təqdim edirik:

 

 

Əvvəlki məqalə

“Azərbaycanın razılığı olmalıdır!”

Sonrakı məqalə

Lənkəranda şəhid atası özünü bıçaqlayıb