İmran Xan Pakistanın Baş naziri vəzifəsindən azad edilib  

Pakistanın Baş naziri İmran Xan vəzifəsini tərk edib.  

Azpost.info bildirir ki, bu barədə Nazirlər Kabinetinin yaydığı rəsmi müraciətdə deyilir. Qeyd olunur ki, ölkə parlamentinin buraxılmasından sonra İmran Xan Baş nazir postundan uzaqlaşdırılıb. Lakin O, yeni müvəqqəti baş nazir təyin olunana qədər bu vəzifəni tutmağa davam edəcək.

“Pakistan Prezidenti tərəfindən  Milli Assambleyanın buraxılması nəticəsində İmran Əhməd Xan Niyazi dərhal öz fəaliyyətini dayandırıb”, – deyə Nazirlər Kabinetinin bildirişində deyilir.

Pakistan prezidenti Arif Alvi bildirib ki, müvəqqəti baş nazir təyin olunana qədər İmran Xan bu vəzifədə qalacaq. “İmran Əhməd Xan Niyazi Pakistan İslam Respublikası konstitusiyasının 224-cü maddəsinin A (4) bəndinə uyğun olaraq müvəqqəti baş nazir təyin olunana qədər baş nazir olaraq qalır”, – Pakistan prezidenti tvitter hesabında yazıb.

Xatırladaq ki, bazar günü  Baş nazirin təklifi ilə Pakistan prezidenti ölkə parlamentini buraxıb.

Əvvəlki məqalə

“Rusiya bu cinayətə görə cavab verəcək” –

Sonrakı məqalə

ABŞ Səfirliyi Bakıdakı partlayışla bağlı başsağlığı verib