“Rusiya bu cinayətə görə cavab verəcək” –MAKRON

Fransa Prezidenti Emmanuel Makron Ukraynanın Rusiya hərbçilərindən azad edilmiş Buça şəhərində mülki insanların öldürülməsini pisləyib.

Dövlət başçısı bu barədə “Twiter” hesabında yazıb.

“Kiyev yaxınlığında işğaldan azad edilmiş Buça şəhərindən bizə çatan görüntülər dözülməzdir. Küçələrdə yüzlərlə dinc sakin qorxaqcasına öldürülüb. Ölənlərə rəhmət diləyirəm, ukraynalılarla həmrəyliyimi bildirirəm. Rusiya hakimiyyəti bu cinayətlərə görə cavab verməli olacaq”, – Makron qeyd edib.

Əvvəlki məqalə

Taliban ölkədə xaşxaş əkməyi qadağan etdi

Sonrakı məqalə

İmran Xan Pakistanın Baş naziri vəzifəsindən azad edilib