Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İmran Xanın evi qarşısında polislə müxaliflər toqquşub

User 18 Mart 2023 - 14:47 (Last updated: 21 May 2025 - 20:15)
pumuguggsz2fuwxb_1623947868

Pakistanın Pəncab əyalət polisi ölkənin keçmiş Baş naziri İmran Xanın iqamətgahına basqın edib.

Azpost.info xəbər verir ki, təhlükəsizlik qüvvələri 40-dan çox müxalifət tərəfdarını həbs edib.

Telekanalın məlumatına görə, İmran Xan hazırda İslamabad Rayon Məhkəməsinə aparılır və orada dövlət vəzifəsində işlədiyi müddətdə aldığı bahalı hədiyyələrin itməsi ilə bağlı məhkəmə iclası keçiriləcək. İddia olunur ki, məlum hədiyyələrin hesabına Xan 630 min dollar qazanıb.

İmran Xan öz “Tviter” hesabında təhlükəsizlik qüvvələrinin hərəkətlərini sərt tənqid edib.

Bu gün səhər saatlarında polis İmran Xan tərəfdarlarının qurduğu çadırları sökməyə başlayıb. Müxalif fəallar molotov kokteylindən istifadə edərək müqavimət göstərməyə başlayıblar.

İqamətgaha aparan darvazanı sökmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşları buldozerdən istifadə ediblər. Hazırda sabiq baş nazirin evinə bitişik ərazidə müxaliflərlə toqquşmalar davam edir.

İmran Xan Pakistanın baş naziri olub və ötən ilin aprelində etimadsızlıq səsverməsindən sonra vəzifədən gedib. May ayında o, hakimiyyətə qayıtmaq üçün kampaniya başladıb. “Uzun yürüş”ün kütləvi mitinqləri növbə ilə ölkənin 15 şəhərində keçirilib.

Qeyd edək ki, 2022-ci ilin noyabrında Xan partiyasının nümayəndələrinin erkən seçkilərin keçirilməsi tələbilə keçirdiyi etiraz yürüşündə sui-qəsdə məruz qalaraq güllə yarası alıb.

Azpost.info

Post navigation

Previous: Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa MÜRACİƏTİ –
Next: Rusiya Ukrayna vətəndaşlığından imtinanı sadələşdirdi

Oxşar xəbərlər

obama
  • Dünya

Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı –

User 25 Oktyabr 2026 - 10:34
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00

xƏBƏR

avtomobil yol
  • Maraqlı

Avtomobil təkəri ilə bağlı sürücülərin buraxdığı səhvlər

User 25 Oktyabr 2026 - 11:35
Avtomobilin yanacaq sərfiyyatının artması, təkərlərin tez aşınması və yolda idarəetmənin çətinləşməsi bəzən sadə bir səbəblə — təkərlərdəki...
Read more about Avtomobil təkəri ilə bağlı sürücülərin buraxdığı səhvlər
Arıqlamaq istəyənlər bu 5 səhvə yol verməsin pehriz
  • Maraqlı

Arıqlamaq istəyənlər bu 5 səhvə yol verməsin

User 25 Oktyabr 2026 - 11:15
Gün ərzində çox oturmaq orqanizmə necə təsir edir? – Həkim tövsiyəsi oturaq isler
  • Sosial

Gün ərzində çox oturmaq orqanizmə necə təsir edir? – Həkim tövsiyəsi

User 25 Oktyabr 2026 - 10:56
Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı – obama
  • Dünya

Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı –

User 25 Oktyabr 2026 - 10:34
Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.