“İndi hər şey Azərbaycanın hərbi əməliyyatlarından asılıdır” –“The Financial Times”

Tramp administrasiyası Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliklə 3 noyabr seçkisi öncəsi xarici siyasətdə xal qazanmaq istəyir.

Bu haqda “The Financial Times” qəzeti yazır.

Sabah – oktyabrın 23-də Dövlət katibi Mayk Pompeo Vaşinqtonda Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri ilə görüşməlidir. Qəzet bu görüşün Demokrat partiyasından prezidentliyə namizəd Co Baydenin tənqidlərindən sonra keçirilməsinə diqqət çəkir. Bayden Donald Tramp administrasiyasını böhranın həllində passiv iştiraka görə tənqid etmişdi.

Pompeo jurnalistlərə atəşkəsə diqqət ayıracağını deyib.

Sentyabrın 27-dən bəri Dağlıq Qarabağda əməliyyatların dayandırılması üçün Rusiyanın vasitəçiliyi ilə iki dəfə atəşkəs razılaşması əldə olunmasına baxmayaraq döyüşlər davam edib.

Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersesyan qəzetə deyib ki, Vaşinqton böhranın həllində “müsbət rol” oynaya, vasitəçi, superdövlət kimi təsir göstərə bilər.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov isə xəbərdarlıq edib ki, ölkəsinin Minsk qrupu həmsədrləri – Fransa, Rusiya və ABŞ arasında rəqabətin qurbanına çevrilməsini istəmir. “Söhbət ABŞ-ın, yaxud Rusiyanın uğur qazanmasından getmir”, – səfir vurğulayıb.

Karnegi Avropa fondunun region üzrə eksperti Tomas de Vaalın fikrincə, Birləşmiş Ştatlar “məsələdən o qədər uzaqlaşıb ki, ciddi təsir göstərmək gücündə deyil”.

“İndi hər şey Azərbaycanın hərbi əməliyyatlarından asılıdır. ABŞ-ın, həm də administrasiyanın son günlərində nəsə təklif edəcəyinə şübhə edirəm” – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qəbələ-İsmayıllı sərhədində zəlzələ olub

Sonrakı məqalə

Daha 7 kənd işğaldan azad olundu –