İndiyədək Azərbaycanda nə qədər vaksin vurulub?

Azərbaycanda son sutkada koronavirus əleyhinə 12 879 vaksin vurulub.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 909, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 240, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 10 115, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 615 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 469 201, birinci doza peyvəndlərin ümumi sayı 5 325 295, ikinci doza vaksinlərin sayı 4 825 873 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 088 723, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 229 310 olub.

Əvvəlki məqalə

Azərbaycanda daha 47 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Sonrakı məqalə

“Rusiya inanılmaz itkilər verir” – ABŞ dövlət katibinin müavini say açıqladı