“Rusiya inanılmaz itkilər verir” – ABŞ dövlət katibinin müavini say açıqladı

Rusiya tərəfinin Ukraynaya qarşı müharibədə canlı itkiləri on min nəfəri keçib.

Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib. “Təəssüf ki, Rusiya hələ də Ukrayna ordusunun nə qədər güclü olduğunu tam başa düşməyib. Rusiya tərəfi inanılmaz itkilər verir. Bizim hesablamalarımıza görə, 10 mindən çox rus hərbçi öldürülüb”, – Nuland bildirib. O vurğulayıb ki, real atəşkəs əldə edilməyənə qədər ciddi danışıqlar olmayacaq. Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı düşmənin itkilərini 17500 nəfər kimi qiymətləndirib.

Azpost.info

Əvvəlki məqalə

İndiyədək Azərbaycanda nə qədər vaksin vurulub?

Sonrakı məqalə

Buraxılış imtahanlarının nəticələri elan olunub