İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ olub

14 May 2021 - 16:28

Mayın 14-də İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə İndoneziya Fövqəladə Vəziyyətlərə Nəzarət Agentliyi məlumat yayıb.

Yerli vaxtla 13:33 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri Qərbi Niasa əyalətindən 141 kilometr cənub-qərbdə, ocağı 19 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.