İngiltərə futbol millisinin baş məşqçisi istefa verib

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt tutduğu vəzifədən istefa verib

Azpost.info bildirir ki, İngiltərə komandasının X hesabında edilən paylaşımda deyilir ki, 102 matçdan və təxminən səkkiz illik məsuliyyətdən sonra Qaret Sautqeyt vəzifəsindən getdiyini elan edib.

53 yaşlı Qaret Sautqeyt iyulun 14-də futbol üzrə Avropa çempionatının finalında İngiltərənin İspaniyaya uduzmasından sonra baş məşqçi postundan istefa verdiyini açıqlayıb.

Sautqeyt 2016-cı ildən İngiltərə milli futbol komandasına rəhbərlik edir. Onunla birlikdə İngiltərə yığması 2020 və 2024-cü illərdə Avropa çempionatının final mərhələsinə yüksəlsə də, turnirlərin qalibi ola bilməyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.