İngiltərədə avtomobil izdihama çırpılıb, ölənlər var

Liverpulun mərkəzində İngiltərə Premyer Liqasında “Liverpul” futbol klubunun qələbəsini qeyd etmək üçün toplaşan insanların üzərinə avtomobil çırpılıb.

Bu barədə Mersisayd polisi məlumat yayıb.

“Avtomobil hadisə yerində saxlanılıb və həmin şəxs həbs edilib. Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir”, – deyə bildirilib.

“The Daily Telegraph” qəzeti 17 nəfərin öldüyünü bildirib. “Sky News”un məlumatına əsasən, futbol klubunun bir neçə min azarkeşi Liverpulun mərkəzinə toplaşıb.

Liverpulda avtomobili izdihamın üzərinə çırpan 53 yaşlı Böyük Britaniya vətəndaşı olub.

Bu haqda şəhər polisinin yaydığı məlumatda deyilir.

“Həbsdə olan şəxsin Liverpul bölgəsində yaşayan 53 yaşlı ağdərili britaniyalı olduğunu təsdiq edə bilərik. Hazırda toqquşmaya səbəb olan bütün şərtləri müəyyən etmək üçün geniş araşdırmalar aparılır”, – polis bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.