İngiltərənin Bristol şəhərində yerləşən perinatal mərkəzdə güclü yanğın baş verib.
BBC xəbər verir ki, hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu tamamilə söndürə biliblər. Xəstəxananın damında yerləşən bir neçə günəş paneli yanaraq sıradan çıxıb. Yanğın zamanı hamilə qadınlar və yenidoğulmuş körpələr binadan təxliyə olunub.
Hadisənin səbəbi araşdırılır.