İnsan alveri ilə mübarizə üzrə Milli Koordinator MM-də hesabat verir

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilir.

Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edir.

“Vətən müharibəsində şanlı qələbə ilə yadda qalan 2020-ci ildə də insan alverinə qarşı mübarizə bir an belə səngiməyib” – deyə Seyfulla Əzimov deyib. Əzimov bildirib ki, pandemiya paralel olaraq cinayətkar qruplar üçün imkanlar açıb: “Dünyada məcburi əmək, insan alveri kimi cinayətlər xeyli artıb. Koronavirus infeksiyasına qarşı ölkədə tətbiq edilən tədbirlər insan alverinə qarşı mübarizəyə də təsir göstərib. Bununla belə, insan alverinə qarşı fəaliyyət daim diqqət mərkəzində olub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin iclası başlayıb –

Sonrakı məqalə

Bakıda I sinfə qəbulla bağlı Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərəcək