İnsan orqanizmi kosmik uçuşdan sonra özünü tam bərpa edir

Kosmos
Kosmos

Sümük kütləsinin azalması, böyrək və ürəklə bağlı problemlər və s. Kosmik uçuş insan orqanizmi üçün çox ciddi sınaq olsa da, Yerə qayıtdıqdan 3 ay sonra bütün həyati funksiyalar tam bərpa olunur.

Bu məlumat “Nature” jurnalında nəşr olunmuş məqalədə əksini tapıb.

Tədqiqatçılar 2021-ci ildə heç bir astronavtın müşayiət etmədiyi 3 gün yerətrafı orbitdə hərəkət edən 4 kosmik turisti müayinə edərək qeyd edilən qənaətə gəliblər. Əldə edilən məlumatlar yüzədək elmi-tədqiqat müəssisəsi ilə paylaşılıb.

Müəyyən olunub ki, kosmik uçuş, ürək, böyrək və görmədə problemlər yarada bilər. Lakin bunlar hamısı ən geci 3 aya bərpa olunur.

Bu tədqiqat Marsa səyahətlə bağlı da ümidləri artırıb. Məqalə müəlliflərinin fikrincə, insan Marsa gedə bilər. Amma yol boyu aldığı şüanın dozası çox olduğundan Yerə qayıtdıqdan sonra dializə ehtiyacı yaranacaq. (Azərtac)

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.