İnsanda qan təzyiqi nədən yaranır? –HƏKİM RƏYİ

Bir çox insan yüksək təzyiqdən əziyyət çəkir. Elmi dildə arterial hipertenziya adlandırılan xəstəlik ürək-damar patologiyalarından biridir, kəskin baş ağrıları, baş gicəllənmələri, bəzən də burundan qanaxmalarla müşahidə edilir.

İnsanların təzyiqi əsasən 120/80 mm civə sütunu səviyyəsində olmalıdır. Əgər təzyiq davamlı olaraq normadan yüksəkdirsə, bu, hipertenziyanın əlamətlərindən biri hesab edilir.

Paytaxtdakı 22 nömrəli Birləşmiş Xəstəxananın həkim-kardioloqu Nüşabə Səfərovanın Azərtac-a dediyinə görə, yüksək təzyiqin olmaması üçün ilk növbədə duzdan istifadə məhdudlaşdırılmalıdır: “Təəssüf ki, bəzən xörək duzundan qədərindən çox istifadə edilir. Gündəlik istifadə olunan duzun miqdarı bir çay qaşığından artıq olmamalıdır. Hipertenziya zamanı bir sıra qaydaların gözlənilməsi medikamentoz tədbirlər aparmadan da təzyiqin 15-20 mm civə sütununa qədər aşağı düşməsinə səbəb olur”.

El arasında tez-tez istifadə olunan “işçi təzyiq” anlayışı barədə də məlumat verən həkim-kardioloqun dediyinə görə, belə ifadənin işlədilməsi düzgün deyil: “İşçi təzyiq” anlayışı yoxdur. Normal təzyiq 120/80 mm civə sütunundan 140/90 mm civə sütununa qədər olmalıdır. Təzyiqi yuxarı olan 160/100, 180/110 mm civə sütunu üçüncü dərəcəli arterial hipertenziya olan xəstələr uzun müddət medikamentoz müalicə almayaraq həmin təzyiqə vərdiş edirlər”.

Son illər yüksək təzyiq nəinki yaşlılar arasında, cavanlarda da müşahidə olunur. Bunun səbəbləri isə stress, gərginlik, düzgün qidalanmamaq, yuxu pozuntusu və s. hallarla əlaqədardır. Lakin sağlam və fəal həyat tərzi bir sıra xəstəliklərdən, o cümlədən yüksək təzyiqdən qoruyur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

38 obyektdə pandemiya qaydalarının pozulduğu aşkar edilib –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu