Sabaha olan hava proqnozu

Mayın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi  əsəcək, gündüz arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 11-15, gündüz 18-22, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi  761 mm civə sütunundan 757 mm civə sütununa enəcək,  nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Mayın 4-də Azərbaycanın rayonlarında  havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi  əsəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İnsanda qan təzyiqi nədən yaranır? –

Sonrakı məqalə

Lənkəran və Masallı mədəniyyət İdarələrinə yeni rəhbər təyin edilib –