İnsanlar payız və qışda niyə kökəlirlər?

Soyuq mövsümdə insanlar artıq çəki almağa daha çox meyllidirlər.

Azpost.info bildirir ki, dietoloq Natali Tişenko bu fenomenin səbəbləri haqqında “Moslenta”ya danışıb.

Həkimin sözlərinə görə, soyuq havaların başlaması ilə insanlar nəqliyyatla gedişə və piyada az yeriməyə üstünlük verirlər. Bu da artıq piylərin yığılmasına səbəb olur. Bundan əlavə, payız və qış aylarında insanlar daha az su içirlər, çünki çöldə isti deyil və susuzluq yoxdur. İsti içkilər – çay və qəhvə seçərkən, bədənin susuzluğunu daha da artırır. Susuzluq siqnalları aclıqla qarışdırıla bilər və buna görə, insanlar daha çox yeyirlər.

Həmçinin, soyuq havalarda stress daha çox müşahidə olunur. Bu zaman kortizol hormonunun səviyyəsi  artır və bu, insanda yemək istəyi yaradır.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.