İnsanların erkən uşaqlıq günləri niyə yadda qalmır? –Alimlərin izahı

Uşaqlıq
Uşaqlıq

ABŞ-dan olan alimlər insanların həyatının erkən dövrlərində baş verən hadisələrlə bağlı yaddaşındakı boşluğu izah edən əsas məqamları açıqlayıblar.

Alimlərin fikrinə görə, xatirələrin saxlanması üçün zəruri olan mürəkkəb sinir strukturlarının formalaşması beyin qabığının və hipokampusun yetkinliyi ilə bağlıdır.

Erkən yaşda uşaqlar səsləri və hərəkətləri əlaqələndirməyə imkan verən semantik yaddaşa malik olsalar da, yalnız iki yaşdan sonra beyində hadisələrin müxtəlif aspektlərini birləşdirən və tam mənzərəni yaradan mürəkkəb sinir əlaqələri yaranmağa başlayır.

Eşitmə və vizual məlumatların emalı beynin müxtəlif nahiyələrində baş verir. Bu səbəbdən tam təsəvvür yaratmaq üçün epizodik yaddaşa cavabdeh olan hipokampus lazımdır.

Psixoloqlar əlavə edib ki, dörd yaşından kiçik uşaqlar epizodik yaddaşdan istifadə etməkdə çətinlik çəkə bilərlər. Bu da onları gündəlik həyatı üçün vacib olan semantik bilikləri öyrənməkdən yayındıra bilər.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.