“Bu il Rusiyada minimum əmək haqqı alan insanların gəlirləri 27,8 faiz artıb”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, noyabrda Rusiyada yoxsulluğun ümumi səviyyəsi 10,5 faizə düşüb: “Bu il minimum əməkhaqqı olan insanların gəlirləri 27,8 faiz artıb, yoxsulluq azalır”.
Putin bunun 2022-ci il üçün iki əsas hədəfdən biri olduğunu vurğulayıb. Daha bir hədəf inkişaf siyasətinin davam etdirilməsi olub.
Azpost.info