Laçın yolundakı vəziyyətlə bağlı XİN -də diplomatlar üçün brifinq keçirilir –"Eko-fəalların tələblərinə cavab verilməyib"

Laçın yolunda yaranmış son vəziyyətlə əlaqədar Xarici İşlər Nazirliyində xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və hərbi attaşelər üçün brifinq keçirilir.

Ceyhun Bayramov son vəziyyətlə əlaqədar diplomatik korpusu məlumatlandıracağını bildirib.

Nazir, vəziyyətlə bağlı yanlış məlumatların yayıldığını diqqətə çatdırıb.

“Azərbaycanlı eko-fəalların tələblərinə hələ də cavab verilməyib”-Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Laçın yolunda yaranmış son vəziyyətlə əlaqədar Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və hərbi attaşelər üçün keçirilən brifinqdə bildirib.

Nazir, iki gün əvvəl XİN-də keçirilmiş brifinqdə dinc etiraz aksiyasının səbəbləri barədə məlumat verildiyini xatırladıb.

XİN rəhbəri vurğulayıb ki, manipulasiyalar üçün ortaya yalanlar atılır. (APA)

Əvvəlki məqalə

“İnsanların gəlirləri artıb, yoxsulluq azalır”

Sonrakı məqalə

Bəstəkar Oqtay Rəcəbov vəfat edib